Günün kosmik hava durumu və proqnozu İyl 04, 2018 | 11:07 / KOSMİK HAVA

Kosmik hava durumu - Günəşdə aktivlik çox aşağı səviyyədə olub. Görünən disk ləkəsizdir. Mövcud koronoqraf təsvirlərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli, 03 iyul /15.55 UTC-də özünün 3.920 pfu-ya bərabər maksimal qiymətinə çatıb. 10 MeV-dən çox enerjili proton seli isə bütün period ərzində fon səviyyəsində qalıb.

Günəş küləyi parametrləri fon səviyyəsinə uyğun qiymətlərə malikdir. Hesabat dövründə Günəş küləyinin sürəti ortalama təxminən 35 km / san olub. Maqnit sahəsinin ümumi qiyməti 1-8 nT arasında dəyişib. Planetlərarası Maqnit Sahəsinin (PMS –Interplanetary Magnetic Field – IMF) z-komponenti (Bz) dəyişikliyə məruz qalmayıb. Phi bucağı müsbət və mənfi sektorlar arasında dəyişir.

Son 24 saat ərzində geomaqnit sahə sakit olub.

Kosmik hava proqnozu Günəş aktivliyinin növbəti üç gün ərzində (04-06 iyul) çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.

2 MeV-dən çox enerjili electron selinin proqnoz dövründə (04-06 iyul) yüksək olacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (04-06 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (04-06 iyul) Günəş küləyi mühitinin fon səviyyəsində qalacağı gözlənilir.

Proqnoz dövründə (04-06 iyul) geomaqnit sahənin sakit olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.