Günün kosmik hava durumu və proqnozu İyn 08, 2018 | 11:06 / KOSMİK HAVA

Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədədir. Mövcud peyk təsvirlərində Yerə doğru yönələn CME müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövründə 07/18.30 UTC-də, özünün 2.134 pfu pik qiymətinə bərabər yüksək səviyyəsinə çatib. 10 MeV-dən çox enerjili proton seli də bütün period ərzində fon səviyyəsində qalıb.

Günəş küləyi parametrləri fon şəraitinin olduğunu göstərir. Gün ərzində Günəş küləyi sürəti 450 km /san-dən 375 km /san-yə qədər azalmışdır. Hesabat dövrü ərzində, ümumi maqnit sahəsi 10 nT-ya bərabər maksimum qiymətdən 5nT-ya qədər düşmüşdür. Bz komponenti-3 nT-ya bərabərdir. Phi bucağı əsasən mənfi olsa da bəzi vaxtlarda müsbət sektora doğru yönəlib.

Geomaqnit sahə sakit olaraq qalır.

Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gün ərzində (08-10 iyun) çox aşağı səviyyədə davam etməsi gözlənilir.

2 MeV-dən çox enerjili electron seli növbəti iki gün ərzində (08-09 İyun) nisbətən artsa da, sonuncu proqnoz günü (10 İyun) yenidən əvvəlki səviyyəyə düşəcəyi gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin isə proqnoz dövründə fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (08-10 İyun) Günəş küləyi parametrlərinin fon səviyyəsində və ya ona yaxın olacağı gözlənilir.

Növbəti üç gün ərzində (08-10 İyun) geomaqnit sahənin, sakit Günəş küləyi fonunda əsasən sakit olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.