Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib İyn 06, 2018 | 17:06 / TƏDBİRLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “Azərkosmos” ASC, Milli Aviasiya Akademiyası və Şamaxı Astrofizika Rəsədxanasının birgə layihəsi olan və Azərbaycanda ilk dəfə olaraq buraxılacaq nano­peyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi müzakirələr keçirilib.

Müzakirələrdə Moskva Dövlət Universitetinin Fizika fakültəsinin “Kosmos fizikası” kafedrasının professoru, f-r.e.d., S.İ. Svertilov, D.V. Skobelçin adına Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, f.-r.e.n., V.İ. Osedlo, həmin ins­­titutun aparıcı elmi işçisi f.-r.e.n., Y.V. Popova, Milli Aviasiya Akademiyasının “Yeni tex­­nika və texnologiyanın işlənməsi”(YTTİ) şöbəsinin müdiri, f.-r.ü.f.d., A.Ə. Musayev və “Aviasiya mikroelektron vericiləri” şöbəsinin müdiri R.Ə. İbrahimov iştirak ediblər.

Əvvəlcə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü N.S. Cəlilov qonaqları salam­­­­layıb, onlara rəsədxanada yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı mə­lumat verib.  

Sonra rəsədxananın elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dos. X.M.Mikayılov rəsəd­xanadakı teleskoplar və istifadə olunan müşahidə cihazları haqqında, ŞAR-ın “Ulduz atmosferləri və maqnetizm” şöbəsinin müdiri, f.-r.ü.f.d.,dos. C.N.Rüstə­mov nano­peyklərdə astrofiziki eksperimentlərin qoyulması haqqında məruzələrini təqdim ediblər.

Məruzələr maraqla dinlənilib, verilən suallar ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar ŞAR-ın 2 metrlik teleskopunda olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.