Böyük Britaniyanın Azərbaycandakı səfiri rəsədxanada olub İyn 01, 2018 | 13:06 / RƏSƏDXANA XƏBƏRLƏRİ

Mayın 31- də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts ( Dr Carole Crofts) AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar. Qonaqları ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov qarşılayıb. Səfər zamanı qonaqlar ŞAR-ın 2 metrlik teleskopu ilə tanış olublar.

Onlara ŞAR-da aparılan elmi-tədqiqat işləri, beynəlxalq əlaqələr, rəsədxananın müşahidə imkanları haqqında geniş məlumat verilib. ŞAR-da yaradılan şərait qonaqlarda böyük təəssürat yaradıb.

Qonaqları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.