Kosmik hava durumu və proqnozu Okt 26, 2026 | 10:10 / KOSMİK HAVA

 Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmişdir. Əsasən C sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4551 ləkə regionunda baş vermiş M1.6 sinifli alışma olmuşdur. Hesabat dövründə Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınları (TDA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 2 ləkə qrupunda 22  ləkə və transekvatorial  Tac Dəliyi müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron yüksək səviyyədə olmuş, 3259 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin maksimal sürəti 527 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (321) km/san, sıxlığı 2.6 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.2 nT, radial istiqamətdə isə 3.7 nT təşkil edir.

Hesabat dövründə 21 oktyabrda G1 səviyyəli geomaqnit qasırğası baş vermişdir, sonrakı günlərdə isə  sakit və aktiv səviyyələr arasında dəyimişdir. Hal-hazırda geomaqnit sahəsinin intensivliyini xaraterizə edən Kp indeksi 0.3-ü göstərir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (26 oktyabr-01 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 50%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyi sürətinin 28 oktyabradək nominal qiymətlərdə olacağı gözlənilir. Sonra isə 580 km/san-dək yüksələcəyi proqnozlaşdırılır.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 20–25%, orta  geomaqnit enliklərdə isə 20-1%-dir.

Geomaqnit sahəsi - 28 oktyabradək geomaqnit sahəsinin əsasən sakit olacağı gözlənilir. Transekvatorial Tac Dəliyinin təsiri isə 30-31 oktyabrda Yerə çatacaq Tac Dəliyi Axınları G1-G2 səviyyəli geomaqnit qasırğasına səbəb ola bilər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.