Sentyabr ayının 23-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.
Tədbiri rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq ilk öncə aidiyyatı şəxslərin çıxışları dinlənilib, çıxışların mövzuları ətrafında müzakirə aparıldıqdan sonra səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.