Seminarı ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq iştirakçıları salamlayıb və məruzənin mövzusu barədə məlumat verib.
Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının doktorantı Daşdəmir Rəhimov “BAIKAL-GVD eksperimentində atmosferdən gələn neytrino fonunun ölçülməsi və tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda BAIKAL-GVD (Gigaton Volume Detector) eksperimentində müon-trek izlərinin bərpası proseduru, Yer atmosferində yaranan neytrino və müon fonunun tədqiqi haqqında məlumat verib. Həmçinin alınmış materialların emalı, atmosfer müonlarının müon neytrinolarından ayırd edilməsi mexanizmlərinin təhlili barədə danışıb.
Sonda tədqiqat çərçivəsində əldə olunan nəticələr ümumiləşdirilib, onların perspektiv tətbiq imkanları müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.