Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmiş, əsasən B sinif alışmalar baş vermişdir. Maksimal sinifli alışma isə 4534 ləkə regionunda baş vermiş C3.7 sinifli alışma olmuşdur. Ləkə regionları sadə maqnit quruluşu göstərir. Hesabat dövründə qeydə alınan Tac Kütlə Atılmaları qeydə alınsa da, Yerə təsir edəcək istiqamətdə olmayıblar. Günəşin səthində ləkələrin sayı azalaraq 3 ləkə qrupunda 54 ləkə və cənub yarımkürəsində böyük Tac Dəliyi müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə olmuş, 14 sentyabrda 4652 pfu-dək, 10 MeV-dən çox enerji yüklü proton seli isə 14-15 sentyabrda 3-5 pfu-dək yüksəlmişdir.
Günəş küləyinin gözləniləndən daha çox olub, maksimal sürəti 814 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 17 nT, radial istiqamətdə isə -13 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (343 km/san), sıxlığı 1.6 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -1.8 nT təşkil edir.
Hesabat dövründə gözlənildiyi geomaqnit sahəsi intensivliyi sakit-aktiv səviyyələr arasında dəyişmiş, həftə əsasən sakit keçmişdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (21-27 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 25%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin təxminən 500 km/san-dək yüksəlməsi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15%, orta geomaqnit enliklərdə isə 10-1%-dir.
Geomaqnit sahəsi - əsasən sakit kosmik hava şəraiti gözlənilsə də, 23-24 sentyabrda Tac Dəliyi Axınlarının Yerə çatması ilə G1 səviyyəli (zəif) aktivlik müşahidə oluna bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.