Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı əvvəlki tempdə davam etmiş, C və M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma 4524 ləkə regionunda baş vermiş M3.0 sinifli alışma olmuşdur, 4524 ləkə qrupu β-γ maqnit quruluşuna malikdir. Alışmalara bağlı olaraq radio rabitədə R1 səviyyəli fasilələr, II-IV tip radioemissiya qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 7 ləkə qrupunda 83 ləkə və Tac dəlikləri müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə (2371 pfu ) olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə 05-06 sentyabrda 18 pfu-dək yüksəlmiş, S1 səviyyəli proton qasırğası baş vermişdir.
Günəş küləyinin maksimal sürəti 466 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə -5 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (379 km/san), sıxlığı 14 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -8 nT təşkil edir.
Hesabat dövründə geomaqnit sahəsi aktiv-sakit səviyyələr arasında dəyişmişdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (07-13 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 60%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də orta və yüksək səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton selininin də TKA-ın təsiri ilə 08 sentyabrda yenidən yüksəlməsi ehtimalı var.
Günəş küləyi sürətinin də TKA-ın və Tac Dəlikləri Axınlarının təsiri ilə təxminən 440km/san-dək yüksələcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–25%, orta geomaqnit enliklərdə isə 30-1%-dir.
Geomaqnit sahəsi – ümumilikdə Günəş fəallığının təsiri nəticəsində 08 sentyabrda izolə olunmuş G1 səviyyəli subqasırğa qeyd oluna bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.