Avqustun 28-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.
Tədbiri rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq ilk öncə “Astronomiya və Astrofizikanın Aktual Problemləri” adlı II Respublika Konfransının keçirilməsi məsələsi müzakirə olunub. Konfransla bağlı hazırlıq işləri və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra ŞAR əməkdaşlarının xarici ezamiyyət məsələləri müzakirə edilib. Elmi işçi Aynurə Həsənovanın İsveçrənin Lozanna şəhərinə elmi ezamiyyətinin yekunları barədə hesabatı dinlənilib. Həmçinin AMEA-nın müxbir üzvü Namiq Cəlilovun Türkiyə Respublikasının Antalya şəhərində yerləşən Akdeniz Universitetinə ezam edilməsi məsələsinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.