Kosmik hava durumu və proqnozu Avg 24, 2026 | 12:08 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmış, M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma 4513 ləkə regionunda baş vermiş M8.12 sinifli alışma olmuşdur. 4513 ləkə regionu β-γ maqnit quruluşu göstərir. Alışmalara bağlı olaraq radio rabitədə R1 səviyyəli fasilələr, II tip radioemissiya və 10 sm diapazonda radioalışma  qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 73 ləkə və cənub qütbü yaxınlığında Tac dəliyi müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə olmuş, 2161 pfu, 10 MeV-dən çox enerji yüklü proton seli isə 4 pfu-dək  yüksəlmişdir.

Günəş küləyinin maksimal sürəti 630 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (372 km/san), sıxlığı 2.33 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.18 nT, radial istiqamətdə isə 2.56 nT təşkil edir.

Hesabat dövründə gözlənildiyi 19 avqustda geomaqnit sahəsinin intensivliyi G1 səviyyəsinədək yüksəlmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (24-30 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin 10 MeV-dən çox enerji yüklü proton selinin yüksək səviyyələrdə olacağı gözlənilir. S1 səviyyəli proton qasırğası ehtimalı var. 

Günəş küləyi sürətinin təxminən 467 km/san-dək yüksələcəyi gözlənilir. 

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 2015%, orta  geomaqnit enliklərdə isə 10-1%-dir.

Geomaqnit sahəsi - əsasən sakit kosmik hava şəraiti proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.