Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmişdir. Maksimal sinifli alışma 4505 ləkə regionunda baş vermiş C1.83 sinifli alışma olmuşdur. Mürəkkəb maqnit quruluşu göstərən ləkə qrupu müşahidə olunmur. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 41 ləkə və Tac dəlikləri müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seliəsasən orta səviyyədə olmuşdur, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.
Günəş küləyinin maksimal sürəti 464 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 19 nT, radial istiqamətdə isə -18 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 404 km/san, sıxlığı 2.76 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə 0.8 nT təşkil edir.
Hesabat dövründə 03-04 avqustda baş vermiş Tac Kütlə Atılmaları (TKA), əlavə olaraq Tac Dəliyi Axınları (TDA) 08 avqustda Yerə çataraq orta səviyyəli (G2) geomaqnit qasırğasına səbəb olmuşdur.
Kosmik hava proqnozu – Proqnoz günlərində (10-16 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 25%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 1%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin aşağı səviyyələrdə, 10 MeV-dən çox enerji yüklü proton selinin 12 avqustdan sonra fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin 11-12 avqustda gözlənilən TKA və TDA-ın təsiri ilə normadan yüksək olacaq.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–20%, orta geomaqnit enliklərdə isə 15-1%-dir.
Geomaqnit sahəsi – Gözlənilən TKA və TDA-ın təsiri ilə 11-12 avqustda əsasən zəif geomaqnit qasırğası (G1) gözlənilir. Əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.