Kosmik hava durumu və proqnozu Avg 03, 2026 | 12:08 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmişdir. Əsasən C sinif alışmalar qeydə alınmışdır. Həftə ərzində maksimal sinifli alışma 4492 ləkə regionunda baş vermiş M1.9 sinifli alışma olmuşdur, 4498 ləkə regionu β-δ maqnit quruluşu göstərir. Alışmalara bağlı olaraq radio rabitədə R1 səviyyəli fasilələr, II tip radioemissiya və 10 sm diapazonda radioalışma qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 6 ləkə qrupunda 105  ləkə müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə S1 (18 pfu) səviyyəsinədək yüksəlmişdir.

Günəş küləyinin maksimal sürəti 440 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 22 nT, radial istiqamətdə isə -17 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (387 km/san), sıxlığı 12.78 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10.56 nT, radial istiqamətdə isə 7.81 nT təşkil edir. Hal-hazırda geomaqnit sahəsinin intensivliyini xarakterizə edən Kp indeksi 4-ü göstərir və kosmik hava aktivdir.

Hesabat dövründə 27 və ya 30 iyulda qeydə alınmış Tac Kütlə Atılmalarının təsiri ilə 02 avqustda geomaqnit sahəsinin intensivliyi G2 səviyyəsinədək yüksəlmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (03-09 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

44784479 ləkə regionlarının fəallığına əsasən Enerjisi 2 MeV-dən çox olan elektron selinin 10 MeV-dən çox enerji yüklü proton selinin yüksək səviyyələrdə olacağı gözlənilir. S1 səviyyəli proton qasırğası ehtimalı var. 

Günəş küləyi sürətinin nominal qiymətlərdə olacağı gözlənilir. 

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 1055%, orta  geomaqnit enliklərdə isə 40-5%-dir.

Geomaqnit sahəsi – bu gün TKA-ın təsiri ilə geomaqnit sahəsinin intensivliyi G1 səviyyəsinədək yüksələ bilər. Sonrakı günlər isə əsasən sakit kosmik hava şəraiti proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.