Kosmik hava durumu və proqnozu İyl 20, 2026 | 11:07 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmişdir. Maksimal sinifli 4491 ləkə regionunda baş vermiş C8.9 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq ancaq Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq  3 ləkə qrupunda 44  ləkə və meridional Tac dəliyi müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə olmuş, 2231 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin maksimal sürəti 507 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 14 nT, radial istiqamətdə isə -8 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (276 km/san), sıxlığı 2.06 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5 nT, radial istiqamətdə isə -1.5 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsinin fəallığı gözlənilən TKA-ın 13-14 iyulda təsiri ilə aktiv səviyyəyə kimi yüksəlmişdir. Sonra isə sakit və qeyri-sabit səviyyələr arasında dəyişmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (20-26 iyul) C sinif alışmanın baş verməsi ehtimalı 65%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyi sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yüksələcək.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 1510%, orta  geomaqnit enliklərdə isə 10-1%-dir.

Geomaqnit sahəsi – Günəşin səthindəki Tac Dəliyinin geoeffektiv pozisiyaya gəlməsi ilə geomaqnit sahəsinin intensivliyinin  22 iyulda G1 səviyyəsinədək, yəni zəif geomaqnit qasırğasınadək yüksəlməsi ehtimalı var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.