Kosmik hava durumu və proqnozu İyl 02, 2026 | 09:07 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır və maksimal sinifli alışma isə mərkəzi meridian yaxınlığında yerləşən 4479 ləkə regionunda baş vermiş X1.1 sinifli alışma olmuşdur. 44784479 ləkə regionları  β-γ-δ mürəkkəb maqnit quruluşu göstərir və son iki sutkada ardıcıl olarq M sinif alışmalar baş verir. Alışmalara bağlı olaraq radio rabitədə R1-R3 səviyyəli fasilələr, II-IV tip radioemissiya və 10 sm diapazonda radioalışma qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 4 ləkə qrupunda 139  ləkə və cənub qütbü yaxınlığında Tac dəliyi müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə olmuş, 5687 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin maksimal sürəti 508 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 19 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (382 km/san), sıxlığı 10.2 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 8 nT, radial istiqamətdə isə 8 nT təşkil edir.

Hesabat dövründə gözlənildiyi kimi TKA-ın təsiri ilə 30 iyun  01 iyulda zəif geomaqnit qasırğası (G1) baş vermişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (02-05 iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 70%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

44784479 ləkə regionlarının fəallığına əsasən Enerjisi 2 MeV-dən çox olan elektron selinin 10 MeV-dən çox enerji yüklü proton selinin yüksək səviyyələrdə olacağı gözlənilir. S1 səviyyəli proton qasırğası ehtimalı var. 

Günəş küləyi sürətinin 2730 iyunda Günəşi tərk etmiş TKA-ın təsiri ilə  yüksələcəyi gözlənilir. 

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 520%, orta  geomaqnit enliklərdə isə 10-1%-dir.

Geomaqnit sahəsi – 30 iyunda baş vermiş X1.1 sinifli alışmaya bağlı olaraq TKA-nın təsiri ilə 03 iyulda G2 səviyyəli geomaqnit qasırğası gözlənilir, 04 iyulda isə qasırğanın bir az zəifləyərək G1 səviyyəsində davam edəcəyi proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.