Kosmik hava durumu və proqnozu İyn 01, 2026 | 12:06 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı zəifləmişdir və hesabat dövründə çox az sayda alışma qeydə alınmışdır. Maksimal sinifli alışma 4455 ləkə regionunda M1.1 sinifli alışma olmuşdur. Günəş fəallığına bağlı olaraq II tip radioemissiya, həmçinin  Yerə təsir edəcək komponentə malik Tac Kütlə Atılmaları (TKA) müşahidə olunmuşdur. Günəşin səthində ləkələrin sayı artaraq 9 ləkə qrupunda 110 ləkə və  Tac dəlikləri müşahidə olunur. Mürəkkəb maqnit qütbləşməsinə malik ləkə qeydə alınmır.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə S1 (23 pfu) səviyyəsinədək yüksəlmişdir.

Günəş küləyinin maksimal sürəti 566 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 422 km/san, sıxlığı 5.03 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 4.07 nT, radial istiqamətdə isə -1.57 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi əsasən sakit və aktiv səviyyələr arasında dəyişmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (01-07 iyun) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin mayın son günlərində baş vermiş TKA-nın təsiri ilə yenidən normadan yüksək olacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-40%, orta  geomaqnit enliklərdə isə 30-1%-dir.

Geomaqnit sahəsi  – mənfi qütblü Tac dəliyi Axınlarının və TKA-ların təsiri ilə 02-03 iyun tarixlərində G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.