Şamaxı Astrofizika Rəsədxanasında doktoranturaya sənəd qəbuluna başlanılır May 19, 2026 | 09:05 / RƏSƏDXANA XƏBƏRLƏRİ

19 may 2026-cı il tarixində, saat 11:00-dan etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 2026-cı il üçün doktorant hazırlığı üzrə sənəd qəbuluna başlanılır.

Qeyd: Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada keçiriləcəkdir. Sənəd vermək istəyən iddiaçılar 19 may – 09 iyun 2026-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.