Kosmik hava durumu - Günəş aktivliyi ləkəsiz Günəş diskində çox aşağıdır. Görünən disk ləkəsizdir və Yerə doğru yönələn CME müşahidə olunmur.
2 MeV-dən çox enerjisi olan elektron seli 17/0005 UTC -də 5,730 pfu selinə bərabər ən çox qiymətini almışdır. 10 MeV proton seli isə fon qiymətlərində qaldı.
Günəş küləyi parametrləri zəif bir mənfi qütblülüklə CH HSS başlanğıcını göstərir. Günəş küləyinin sürəti təxminən 365 km / s-dən 450 km / s-ə qədər artmışdır. Bz komponenti +/- 9 nT arasında dəyişsə də ümumi sahə 2-10 nT intervalında dəyişir. Phi bucaq hesabat dövrünün əvvəlində dəyişkən idi, lakin 17/0930 UTC-dən sonra əsasən mənfi sektora çevrilmişdir.
Geomaqnit sahə, ətrafdakı yavaş Günəş küləyi mühitinin təsiri altında sakit olaraq qalır.
Kosmik hava proqnozu - Günəş aktivliyinin üç gündə (18-20 may) çox aşağı olması gözlənilir.
2 MeV-dən yuxarı enerjiyə malik elektron selinin növbəti üç gün (18-20 may) üçün orta səviyyədə olması gözlənilir. Proqnoz dövründə 10 MeV-dən çox proton selinin fon səviyyəsində davam etməsi gözlənilir.
CH HSS təsiri altında Günəş küləyi parametrlərinin birinci və ikinci (18-19 may) proqnoz günlərində artması gözlənilir. Üçüncü gün isə (20 may) nominal Günəş küləyi şəraitinə qayıtma gözlənilir.
Davamlı CH HSS təsirləri səbəbiylə geomaqnit sahənin birinci gün (18 May) aktiv səviyyələrində sakit olması gözlənilir. CH HSS effektləri azaldıqca, proqnoz dövrünün ikinci günü (19 may) nizamsız şəkildə olsa da sakit olacağı gözlənilir. Artıq üçüncü gün isə (20 may) geomaqnit sahənin əsasən sakit şəraitə qayıtması gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.