Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib May 08, 2026 | 12:05 / İCLASLAR

May ayının 7-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbiri rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

İclasın gündəliyinə uyğun olaraq ilk öncə “Astronomiya və Astrofizikanın Aktual Problemləri” adlı II Respublika Konfransının keçirilməsi barədə müzakirə aparılıb. Müxtəlif təklif və fikirlərin səsləndirildiyi müzakirələrin yekununda təşkilati məsələlərlə bağlı işçi qrup yaradılıb.

Daha sonra ŞAR əməkdaşlarının xarici ezamiyyət məsələləri üzrə aidiyyatı şəxslərin çıxışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.