Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. Maksimal sinifli alışma 4419 ləkə regionunda X2.52 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R2-R3 səviyyəli fasilələr, Yerə yönəlmiş komponentə malik Tac Kütlə Atılmaları (TKA), radio rabitədə II-IV tip radioemissiya və 10 sm diapazonda radioalışma qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı aratraq 7 ləkə qrupunda 137 ləkə və Tac Dəlikləri müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyələrdə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Günəş küləyinin maksimal sürəti 603 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -8 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 423 km/san, sıxlığı 2.26 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.65 T, radial istiqamətdə isə 1.32 nT təşkil edir.
Hesabat dövründə əsasən Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə 20-21 apreldə zəif (G1) geomaqnit qasırğası baş vermişdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (26 aprel-03 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.
Günəş küləyinin sürəti 24 apreldə Günəşi tərk etmiş TKA və müsbət qütblü TDA-ın təsirilə yenə də normadan yüksək olacaq.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-35%, orta geomaqnit enliklərdə isə 30-1%-dir.
Geomaqnit sahəsinin isə proqnoz günlərində sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.