Günün kosmik hava durumu və proqnozu May 14, 2018 | 12:05 / KOSMİK HAVA

Kosmik hava durumu Günəş aktivliyi ən aşağı səviyyədədir. 2709 oblastı (N04E04, Axx/alpha) bir ləkəyə parçalanmışdır. Mümkün peyk görüntülərində Yerə doğru yönələn heç bir CME müşahidə olunmamışdır.

Enerjisi 2MeV-dən böyük olan elektron seli öz yüksək səviyyəsinə 12/2020 UTC-də müşahidə olunan və 14,571 pfu-ya bərabər olan pik selinə çatmışdır. 10 MeV-dən yuxarı proton seli fon səviyyəsində olmuşdur. Günəş küləyinin DSCOVR kosmik aparatı vasitəsilə ölçülən parametrləri fon səviyyəsinə yaxın olmuşdur, belə ki, hesabat dövrünün sonunda azacıq güclənmə müşahidə olunmuşdur. 13/0630 UTC-dən sonra maqnit sahəsinin ümumi intensivliyi nominal səviyyədən 10 nTl-ya qədər qalxmışdır. Mənfi Bz-in hər hansı əhəmiyyətli periodları müşahidə edilməmişdir. Günəş küləyinin sürəti 430-520 km /san olmuşdur ki, son 24 saat ərzində aşağı sürətlərə doğru müşahidə olunan tendensiyanı göstərir. Phi bucağı əsasən mənfi sektorda yönəlmişdir. Geomaqnit sahə sakit səviyyədədir.

Kosmik hava proqnozuGünəş aktivliyinin növbəti üç gündə (13-15 may) çox aşağı səviyyədə qalması gözlənilir. 2 MeV-dən çox elektron selinin birinci gündən üçüncü günə kimi (13-15 may) orta səviyyədən yüksək səviyyədə olacağı gözlənilir. Proqnoz dövründə 10 meV-dən çox enerjili proton selinin fon səviyyəsində davam etməsi gözlənilir.

Günəş küləyi parametrlərinin yaxın üç gün (13-15 may) nominal səviyyələrində və ya ona yaxın olması gözlənilir.

Geomaqnit sahəsinin birinci gün (13 may) sakit səviyyədən nizamsız səviyyəyə qalxması gözlənilsə də, ikinci və üçüncü günlərdə (14-15 may) əsasən sakit səviyyədə qalması gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.