Kosmik hava durumu və proqnozu Apr 07, 2026 | 11:04 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı demək olar ki, orta səviyyədə olmuşdur. Maksimal sinifli alışma 4405 ləkə regionunda X1.4 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R2-R3 səviyyəli fasilələr, Yerə yönəlmiş komponentə malik Tac Kütlə Atılmaları (TKA), radio rabitədə II-IV tip radioemissiya və 10 sm diapazonda radioalışma qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artraq ləkə qrupunda 112 ləkə və Tac Dəlikləri müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyələrdə olmuş, 26 martda 12784 pfu-dək artmışdır. 10 MeV-dən çox enerji yüklü proton seli isə 2-4 apreldə pfu-dək yüksəlmişdir.

Günəş küləyinin maksimal sürəti 858 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 38 nT, radial istiqamətdə isə -27 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 495 km/san, sıxlığı 2.35 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 3.83 T, radial istiqamətdə isə -0.04 nT təşkil edir.

Hesabat dövründə TKA və Tac Dəliyi Axınlarının təsiri ilə 20-23 martda güclü (G3-G1), 2-4 apreldə isə orta (G2-G1) geomaqnit qasırğası qeydə alınmışdır.  

Kosmik hava proqnozu – Proqnoz günlərində (07-13 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsirilə hal-hazırda normadan yüksək olsa da, 07-09 apreldə nominal qiymətinə geri dönəcəyi gözlənilir.  

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-25%, orta  geomaqnit enliklərdə isə 15-1%-dir.

Geomaqnit sahəsinin sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.