Kosmik hava durumu və proqnozu Noy 24, 2025 | 09:11 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı azalaraq C sinif alışmalar qeydə alınmışdır. Hesabat dövrü ərzində ən güclü alışma 4284 oblastındakı C9.9sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II-IV tip radio emissiya qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 6 ləkə qrupunda 79 ləkə və Tac Dəlikləri müşahidə olunur.

MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində əsasən orta səviyyədə olmuş, 19-20 noyabrda isə 2883 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur. Günəş küləyinin maksimal sürəti 618 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 17 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 470 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9.61 nT, radial istiqamətdə isə -3.18 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi sakit və qeyri-sabit səviyyələr arasında dəyişmişdir. Geomaqnit qasırğası müşahidə olunmamışdır. Hal-hazırda Kp indeksinin göstəricisi 3.5-dir və kosmik hava qeyri-sabitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (24-30 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 85%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron  selinin Tac Dəliyi Axınlarının təsiri ilə yenidən yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton selinin isə for səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin 25-26 noyabrda gələcək Tac Dəliyi Axınlarının təsiri ilə sürətinin yenə də normadan yüksək qalacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-25%, orta  geomaqnit enliklərdə isə 20-1%-dir.

Geomaqnit sahəsinin 25-26 noyabrda gələcək Tac Dəliyi Axınlarının təsiri ilə geomaqnit sahəsinin intensivliyinin aktiv səviyyəyə G1 səviyyəli zəif geomaqnit qasırğasınadək yüksələ biləcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.