Kosmik hava durumu və proqnozu Noy 06, 2025 | 12:11 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq M və X sinifli alışmalar baş vermişdir. Maksimal sinifli alışma isə 4274 oblastındakı X1.8 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq 10 sm diapazonda radioalışma, radio rabitədə R2-R3 səviyyəli fasilələr, II_IV tip radio emissiya  və Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 78 ləkə müşahidə olunur. 4274 regionundakı ləkə qrupu mürəkkəb quruluşa (β-γ-δ) malikdir və fəallığının davam edəcəyi gözlənilir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli də 6363 pfu-yadək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 550 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 500 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10.86 nT, radial istiqamətdə isə -0.96 nT təşkil edir.

Hesabat dövründə 03 noyabrdan başlayaraq Günəşdə ardıcıl MX sinif alışmaların baş verməsi nəticəsində müşahidə olunan TKATac Dəliyi Axınlarının təsiri ilə sutkanın ilk saatlarından geomaqnit qasırğası qeydə alınmışdır. Qasırğanın intensivliyi G3 səviyyəsinə, yəni güclü qasırğayadək yüksəlmişdir. Hal-hazırda Kp indeksinin göstəricisi 5-dir və geomaqnit qasırğası davam edir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (07-09 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 80%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 25% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron  selinin  TKA-ın və Tac Dəliyi Axınlarının təsiri ilə yenidən yüksələcəyi gözləilir. 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.    

Günəş küləyi sürətinin bir neçə TKA-nın ardıcıl gəlməsi və Tac Dəliyi Axınlarının təsiri ilə yüksək olacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-60%, orta  geomaqnit enliklərdə isə 35-5%-dir.

Geomaqnit sahəsibir neçə TKA-nın ardıcıl gəlməsi və Tac Dəliyi Axınlarının təsiri ilə  07-08 noyabr tarixlərində güclü (G3) geomaqnit qasırğası gözlənilir

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.