Kosmik hava durumu və proqnozu Noy 04, 2024 | 10:11 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı əvvəlki səviyyədə qalaraq, maksimal sinifli alışma 3878 oblastında baş vermiş X2.0 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 14 ləkə qrupunda 220 ləkə və Tac dəlikləri müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli  normal və orta səviyyədə olmuşdur, 10 MeV-dən çox enerji yüklü proton seli isə Günəşin fəallığı səbəbli yüksək səviyyədə qalmış və S1-S2 səviyyəli proton qasırğaları  01 noyabradək davam etmişdir.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 647 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 23 nT, radial istiqamətdə isə  -19 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 436 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 8 nT, radial istiqamətdə isə  -4 nT təşkil edir.

Hesabat dövründə 28-29 oktyabrda G1-G2 səviyyəli geomaqnit qasırğası baş vermişdir. Bu gün üçün isə sutkanın ilk saatlarında maqnetometrlərin göstəricisi  Kp indeksinin qısa müddətə 6-ya yüksəldiyini göstərir. Hal-hazırda isə geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4.5-ə bərabərdir və kosmik hava aktivdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (04-10 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 30% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton selinin isə yenidən S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin TKAYüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə sürətinin yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsi TKA və Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə aktiv kosmik hava şəraiti gözlənilsə də, 10 noyabradək geomaqnit qasırğasının olacağı proqnozlaşdırılmır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.