Kosmik hava durumu və proqnozu Sen 16, 2024 | 09:09 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır, maksimal sinifli alışma 3825 oblastında baş vermiş X4.5 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 5 ləkə qrupunda 68 ləkə müşahidə olunur.  Həftə ərzində Yerə istiqamətlənmiş komponentə malik bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır.

Enerjisi 2 MeV-dən çox olan elektron seli yüksələrək  15 sentyabrda 1692 pfu, 10 MeV-dən çox enerji yüklü proton seli isə 09-10 sentyabrda S1 (34 pfu) səviyyəsində  olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 623 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 29 nT, radial istiqamətdə isə  -26 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti  446 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 8.8 nT, radial istiqamətdə isə  -7.1 nT təşkil edir.

Hesabat dövründə  gözlənildiyi kimi geomaqnit sahəsininintensivliyi TKA-nın və Tac dəliyinin təsiri ilə yüksələrək 12-13 sentyabrda G1-G3 səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 3.7-ə bərabərdir və kosmik hava qeyri-stabildir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (16-22 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.

Ardıcıl baş vermiş TKAX4.5 sinifli alışmanın təsiri nəticəsində enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və həyəcanlaşmış səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 yüksələcəyi gözlənilir.  

Günəş küləyinin sürətinin 13-14 sentyabrda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi gözlənilir.

Geomaqnit sahəsi - 13-14 sentyabrda baş vermiş TKA və müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə bu gün və növbəti günlərdə G1(zəif) - G3 (güclü) səviyyəli  geomaqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.