Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib Mart 01, 2018 | 18:03 / TƏDBİRLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 1 Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ŞAR-ın MM qərargahının rəisi Bahadır Abdullayev məruzə ilə çıxış edib.

Ümumdünya Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişafı barədə tədbir iştirakçılarına ətraflı məlumat verən natiq Azərbaycanda bu istiqamətdə görülən işlərdən danışıb. Qeyd edib ki, bu tarix 1972-ci il martın 1-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılmasının şərəfinə qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub...

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin çoxşaxəli fəaliyyətinə həsr olunmuş video materiallar nümayış olunub.

Sonda görülməsi vacib olan təhlükəsizlik tədbirləri ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.