Elmi Şuranın növbəti iclası keçirilib Fev 28, 2018 | 16:02 / İCLASLAR

Fevralın 28-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı bölməsində Elmi Şuranın növbəti iclası keçirilib.

Əvvəlcə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdəki məsələləri  şura üzvlərinin nəzərinə çatdırıb. Direktor qeyd edib ki, bugünkü iclasda AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında vakant vəzifələri tutmaq üçün 19 oktyabr 2017-ci il tarixində elan olunmuş müsabiqənin nəticəsi olaraq seçkilər keçiriləcək. Sonra şöbə müdirliyinə seçkilər keçirmək üçün hesablayıcı komissiya yaradılıb.

Gizli səsvermə yolu ilə f.ü.f.d Bayram Rüstəmov “Qoşa ulduzlar və eruptiv proseslər”şöbəsinin, f-r.ü.f.d Canməmməd Rüstəmov “Ulduz atmosferləri fizikası və maqnetizm”şöbəsinin, f-r.e.d, prof. Nəriman İsmayılov “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri“ şöbəsinin, f-r.ü.f.d Elçin Babayev ”Kosmik plazma və Heliogeofiziki problemlər”şöbəsinin, f-r.ü.f.d Ədalət Ətayi “Planetlər və kiçik səma cisimləri” şöbəsinin, İlqar Ələkbərov “Astronomik cihazlar və İnnovativ texnologiyaları" şöbəsinin, f-r.ü.f.d Kamal Hüseynov “İnformasiya və Kommunikasiya Texnologiyaları və təşkilat” şöbəsinin, Paşa Əhmədov “Təhsil” şöbəsinin, Elnur Məmmədov “İctimaiyyətlə əlaqələr”şöbəsinin müdiri vəzifəsinə seçiliblər.

Tədbirin sonunda cari mələlələr müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.