Elmi Şuranın növbəti iclası keçirilib Fev 21, 2018 | 17:02 / İCLASLAR

Fevralın 21-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı bölməsində Elmi Şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

Elmi Şuranın iclasında Şamaxı Astrofizika Rəsədxanasında 2017-2020-ci illər üçün qəbul edilmiş elmi-tədqiqat mövzuları üzrə 2018-ci ildə yerinə yetiriləcək elmi işlər (Mövzu 4; Mövzu 10; Mövzu 14), rəsədxana seminarlarının təşkili, 2018-ci ildə  fəlsəfə doktoru hazırlığı üzrə ŞAR-ın dissertanturasına qəbul, ŞAR əməkdaşlarının elmlər doktoru dissertasiya mövzularının adlarının təsdiqi  (f-r.ü.f.d Nazim Hüseynov, f-r.ü.f.d Bala Əli Rəcəbov) kimi məsələlər müzakir olunub.

Sonda cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.