Rəsədxananın baş direktoruna "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı təqdim edilib May 01, 2024 | 12:05 / MÜHÜM HADİSƏLƏR

Aprel ayının 30-da Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb və yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib. Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

Daha sonra "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülmüş bir qrup elm və təhsil işçisinə, o cümlədən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, müxbir üzv Namiq Cəlilova elm və təhsil naziri tərəfindən medal təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Hörmətli baş direktorumuzu Şamaxı Astrofizika Rəsədxanasının kollektivi adından təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.