Kosmik hava durumu və proqnozu Apr 29, 2024 | 11:04 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma M3.5 olmuşdur. Hesabat dövrü ərzində Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı  artaraq 8 ləkə qrupunda 126 ləkə və Tac dəlikləri qeyd olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli 25 apreldə 1670 pfu-dək yüksəlmişdir, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 633 km/san, Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -9 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 460 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.27 nT, radial istiqamətdə isə  -1.6 nT təşkil edir.

Hesabat dövrü ərzində 26 apreldə geomaqnit sahəsinin fəallığı G1 səviyyəsinə yüksəlmişdir. Hal-hazırda Kp indeksi 1-ə bərabərdir və kosmik hava sakitdir.  

Kosmik hava proqnozu – Proqnoz günlərində (29 aprel - 05 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalması gözlənilir.

Günəş küləyinin TKAYüksək Sürətli Tac Dəliyi Zərrəciklərinin təsiri ilə sürətlənəcəyi  gözlənilir.

Geomaqnit sahəsi –  TKAYüksək Sürətli Tac Dəliyi Zərrəciklərinin təsirı ilə geomaqnit sahəsinin qeyri-stabil olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.