Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib Apr 18, 2024 | 15:04 / İCLASLAR

Aprel ayının 17-də N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova açaraq, gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Yaş kriteriyası ilə bağlı tələbə uyğun olaraq şuranın idarə heyətinin yenidən formalaşdırılması və heyət üzvləri arasında vəzifə bölgüsü üçün seçkilər keçirilib. Seçkinin nəticəsinə əsasən Samirə Rəhimli yeni sədr, Aytac İskəndərova sədr müavini, Zümrüd Binnətova məsul katib, Şahnaz Tağıyeva və Səadət Kərimova isə idarə heyətinin yeni üzvü seçilib.

ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov yeni sədri təbrik edib, o cümlədən sabiq sədr Aynurə Həsənovaya səmərəli xidmətlərinə görə təşəkkürünü bildirərək gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Sonda bir sıra cari məsələlər, o cümlədən gənclərin elmi və elmi-təşkilati fəaliyyətinin daha səmərəli təşkili yolları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.