Şamaxı Astrofizika Rəsədxanasının Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilib Apr 01, 2024 | 09:04 / İCLASLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Həmkarlar İttifaqı Komitəsinin (HİK) 2018-2024-cü illəri əhatə edən hesabat-seçki yığıncağı keçirilib. İclasda rəsədxana rəhbərliyi, o cümlədən ŞAR-ın bütün struktur bölmələrinin rəhbər və işçi heyəti iştirak edib.

İclasa sədrlik edən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Daha sonra, 2018-2024-cü illəri əhatə edən hesabatını təqdim etmək üçün sözü ŞAR HİK-nin sədri Famil Mustafaya verib.

Məruzəçi fəaliyyət dövrü ərzində ŞAR kollektivinin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi köməklikdən, əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün ŞAR-da yaradılan şəraitdən və əməkdaşların müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirakınıın təmin olunmasından, o cümlədən əməkdaşların istirahəti üçün gəzintilərin təşkil olunmasından, hər il rəsədxana əməkdaşlarına Novruz və Dünya Azərbaycanlıların Həmrəylik günü – Yeni il tamaşa biletlərinin təşkilindən danışıb.

Sonra Nəzarət-Təftiş Komissiyasının üzvü fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əliqulu Xəlilov illər üzrə aparılan hesabatların nəticələri ilə iştirakçıları tanış edib.

İştirakçılar ŞAR HİK-in dövri fəaliyyətini müsbət qiymətləndirib. Hesabat məqbul hesab edilərək qəbul edilib və qərar layihəsi təsdiq edilib.

Sonra səsvermə yolu ilə elmi işçi Aynurə Həsənova təşkilata yeni sədr seçilib. İclasda Həmkarlar Komitəsinin yeni İdarə Heyətinin tərkibi də formalaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.