III beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib Fev 14, 2018 | 13:02 / KONFRANSLAR

12-14 fevral tarixlərində Milli Aviasiya Akademiyasının Tələbə Tədris Mərkəzində “Fevral məruzələri–aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda III beynəlxalq elmi-praktik gənclər konfransı keçirilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos”ASC-nin təşkilatçılığı ilə keçirilən konfransda ABŞ, İngiltərə, Rusiya və Qazaxıstandan nümayəndələr iştirak ediblər.

Artıq üçüncü dəfədir keçirilən konfrans gənclərə elmi müzakirələrdə iştirak etməyə, elmi mərkəzlərlə tanış olmağa və yeni əlaqələr qurmağa imkan yaradır. Üç gün davam edən konfrans çərçivəsində səkkiz bölmə üzrə mülki aviasiya və kosmik sahənin aktual problemlərinə həsr olunan 120 məruzə dinlənilib, iştirakçılara sertifikat təqdim olunub.

Qeyd edək ki, konfransda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Şirin Hüseynov, elmi işçi Əminə Hümbətova məruzə ilə çıxış ediblər.     

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.