Kosmik hava durumu və proqnozu Fev 26, 2024 | 11:02 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. Maksimal sinifli alışma 3590 oblastındakı X6.3 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində radio rabitədə R2-R3 səviyyəli fasilələr, 10 sm dalğa uzunluğunda radioalışmalar, II-IV tip radioemissiya, Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 6 ləkə qrupunda 114 ləkə və Tac dəlikləri müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 459 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 13 nT, radial istiqamətdə isə  -9 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti normaldır (373 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 9 nT, radial istiqamətdə isə  -4 nT təşkil edir.

Hesabat dövründə geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda Kp indeksi 3-ə bərabərdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (26 fevral - 03 mart) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 70%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 30% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə bir qədər yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin 25 fevralda baş vermiş TKA və Tac Dəliklərindən çıxan Yüksək Sürətli zərəciklər Selininin təsiri ilə bir qədər artacağı gözlənilir.

Geomaqnit sahəsinin bu gün G1 (zəif qasırğa) səviyyəsinədək yüksəlmək ehtimalı var. Sonrakı günlərdə isə TKA və Tac Dəliklərindən çıxan Yüksək Sürətli zərəciklər Selininin təsiri ilə sakit, lakin qeyri-stabil səviyyələrdə olması proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.