Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib Fev 08, 2024 | 14:02 / İCLASLAR

Fevralın 8-də  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova açaraq, gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

İclasda gənclərin elmi və elmi-ictimai tədbirlərdə iştirakının səmərəli təşkili yolları müzakirə olunub. Cəmiyyətin lokomativi olan gənclərin hərtərəfli alim kimi yetişməsi üçün bütün sahələrdə təşəbbüskarlığın vacibliyi qeyd olunub. 

Sonda bir sıra cari məsələlər müzakirə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.