Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib Yan 29, 2024 | 11:01 / İCLASLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbiri rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

İclasda rəsədxana alimlərinin qarşısında duran vəzifə və öhdəliklər, yeni plan işlərinin mövzuları müzakirə olunub. Aidiyyatı şəxslərin çıxışları dinlənildikdən sonra ŞAR-ın 2021-2025-ci illər üçün qəbul edilmiş elmi-tədqiqat mövzuları üzrə, 2024-cü ildə yerinə yetiriləcək işlər təsdiq olunub.

Sonra ŞAR-ın 2024-cü il üçün fəaliyyət planı şura üzvlərinə təqdim edilib və nəzərdə tutulan fəaliyyətlərlə bağlı detallar diqqətə çatdırılıb. Fəaliyyət planı ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrin sonunda ŞAR-ın 2024-cü il üçün fəaliyyət planı qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.