Kosmik hava durumu və proqnozu Yan 15, 2024 | 11:01 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olmuşdur.  Maksimal sinifli alışma 3536 oblastında M1.9 sinifli alışma olmuşdur. Həmçinin alışmalar ilə bağlı R1 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və II tip radioemissiya  və istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı artaraq, 12 ləkə qrupunda 183 ləkə və  kiçik Tac dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 530 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti  Yer orbitində 9 nT, radial istiqamətdə isə  -7 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti  normaldır (324 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə  -1 nT təşkil edir. Kp indeksi 0.67-ə bərabərdir, kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (15-21 yanvar) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 30%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi 14 yanvarda baş vermiş TKA Merkuri və Veneraya yönəlmişdir, Yerə təsiri olmayacaq, müşahidə olunan Tac dəliyi isə geoeffektiv deyil.   16-17 yanvarda Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə  geomaqnit sahəsinin fəallaşması ehtimalı var, geomaqnit qasırğası gözlənilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.