Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib Yan 12, 2024 | 12:01 / İCLASLAR

Yanvar ayının 12-də  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova açaraq, gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

İclasda ilk öncə ötən ilin yekunlarına dair GAMŞ sədrinin hesabat çıxışı dinlənilib. Aynurə Həsənova çıxış zamanı 2023-cü ildə gənclərin elmi və elmi-təşkilati fəaliyyətinin statistikasını təqdim edib.

Sonra Şura üzvlərinə 2024-cü ilin fəaliyyət planı təqdim olunub və fəaliyyət planı üzrə nəzərdə tutulan tədbirlərin təşkili məsələləri müzakirə edilib. Fəaliyyət planı çərçivəsində ŞAR GAMŞ-ın mütəmadi astroseminar yığıncaqlarının yarımillik cədvəli də təsdiq edilib.

Sonda bir sıra cari məsələlər, o cümlədən gənclərin elmi və elmi-təşkilati fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı təkliflər dinlənilib və həmin təkliflər ətrafında diskussiya aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.