Kosmik hava durumu və proqnozu Dek 18, 2023 | 11:12 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq maksimal sinifli alışma 3514 oblastında X2.87 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində R1, R2 və R3 səviyyəli radiosiqnalların kəsilməsi və II-IV tip radioemissiya, 10 sm dalğa uzunluğunda radioalışmalar, həmçinin Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 129 ləkə və iki Tac dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli 1338 pfu-ya kimi yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə 15-16 dekabrda S1 səviyyəsinədək yüksələrək radiasiya qasırğası baş vermişdir. 

Hesabat dövründə Günəş küləyinin sürəti artaraq 565 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti  Yer orbitində 21 nT, radial istiqamətdə isə  -14 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 470 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə  -10 nT təşkil edir.

Hesabat dövrü ərzində 17 dekabrda geomaqnit sahəsini fəallığı G2 (orta) səviyyəsinədək yüksələrək geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksi 3-ə bərabərdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində ( 18-24 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyi sürətinin TKA və Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi - bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir. 18-19 dekabrda TKA təsirinin davam edəcəyi, 22 dekabrda  geomaqnit sahəsinin yenidən aktiv səviyyələrə qalxması, əlavə olaraq  Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin də təsiri gözlənilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.