Rəsədxana əməkdaşının xaricdə kitabı nəşr olunub Dek 15, 2023 | 11:12 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) "Planetlər və kiçik səma cisimləri" şöbəsinin elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fazil İsmayılovun məşhur "LAMBERT Academic Publishing" nəşrində kitabı dərc olunub.

"Görüntülərin Kosmik Monitorinqi" adı altında nəşr olunmuş kitabda peyk və peykaltı optik məlumatlar əsasında ilk dəfə Qafqaz-Xəzər regionunun təbii mühitinin regional kosmik monitorinqi üsulları və alqoritmləri verilib.

Qeyd edək ki, bu kitab regional səviyyədə kosmik monitorinq və ətraf mühitin dəyişkənliyinin vəziyyətinə nəzarət ilə məşğul olan tədqiqatçılar, doktorantlar və universitet tələbələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.