Kosmik hava durumu və proqnozu Dek 04, 2023 | 10:12 / KOSMİK HAVA

Kosmik hava durumuHesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma 3502 oblastındakı M1.1 sinifli alışma olmuşdur. Yerə istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı azalaraq, 8 ləkə qrupunda 107 ləkə müşahidə olunur. Günəşin səthindəki böyük Tac dəliyi geoeffektivdir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 536 km/san (sürətli), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 28 nT, radial istiqamətdə isə  -26 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 518 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10.28 nT, radial istiqamətdə isə  2.14 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyi  01 dekabrda proqnozlaşdırıldığı kimi G3 (güclü) səviyyəli geomaqnit qasırğasınadək yüksəlmişdir. Hal-hazırda Kp indeksi 2-ə bərabərdir.

Kosmik hava proqnozuProqnoz günlərində (04-10 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin 04-06 dekabrda Tac Dəliyindən çıxan Yüksək Sürətli Axınların təsiri ilə yüksələ bilməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyi sürətinin mənfi qütblü Tac Dəliyindən çıxan Yüksək Sürətli Axınların təsiri ilə 700 km/san-dək artacağı və TKA-nın da əlavə təsiri gözlənilir.

Geomaqnit sahəsiTac Dəliyindən çıxan Yüksək Sürətli Axınların təsiri ilə bu gün G2 (orta) səviyyəli, sabah  isə TKA-nın təsiri ilə G1 (zəif)  geomaqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.