Kosmik hava durumu və proqnozu Noy 20, 2023 | 13:11 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub, maksimal sinifli alışma 3490 oblastındakı M1.2 (R1) sinifli alışma olmuşdur. Bir neçə qismən Yerə istiqamətlənmiş və Günəşin arxa üzündə güclü Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəş ləkələrinin sayı 6-2 arası dəyişmişdir. Hal-hazırda Günəşin səthində 3 ləkə qrupunda 51 ləkə və Tac dəlikləri müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli 1205 pfu-ya kimi yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti 1205 km/san-dək artmışdır. Planetlərarası maqnit sahəsinin intensivliyinin maksimal qiyməti Yer orbitində 23 nT, radial istiqamətdə isə  -15  nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 323 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10 nT, radial istiqamətdə isə 2 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin fəallığı qeyri-stabil olmuşdur. Hal-hazırda geomaqnit sahəsi sakit olsa da, gün ərzində G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Kosmik hava proqnozu  Proqnoz günlərində (20-26 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin bir qədər yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində  qalması gözlənilir.

Günəş küləyi sürətinin 16 noyabrda baş vermiş TKA-nın təsiri ilə  artacağı gözlənilir.

Geomaqnit sahəsi aktivliyinin 16 noyabrda baş vermiş TKA-nın təsiri ilə gün ərzində G1 səviyyəsinədək, 22 noyabrda isə müsbət qütblü Tac dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə yenidən aktiv səviyyəyə yüksələcəyi proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.