Struktur bölmənin adı:                        “Kosmik plazma və Heliogeofiziki  problemlər”  şöbəsi       

Telefon:                                                   

Elektron poçt:                                         namigd@mail.ru 

Struktur bölmənin rəhbəri:                   f.-r.e.d, müxbir üzv Namiq Sərdar oğlu Cəlilov

Əməkdaşların ümumi sayı:                  10

 

Kosmik plazma və Heliogeofiziki  problemlər” şöbəsinin əsas fəaliyyət istiqamətləri 

1. Günəş-Yer əlaqələri;

2. Kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi, Yerüstü  orta en dairələrində yerləşən texnoloji və bioloji sistemlərə (o cümlədən, insan sağlamlığına) Günəş,geomaqnit və kosmik şüalar fəallığı variasiyalarının təsirinin öyrənilməsi;

3. Yer ionosferində Çox Aşağı Tezlikli (very low frequency - VLF) elektromaqnit dalğalarının yayılmasının məsafədən tədqiqi;

4. Yer yaxınlığında Günəş küləyinin maqnit sahəsinin paylanmasının tədqiqi; 

5. Günəşin tac dəliklərinin kontrastının Günəş küləyininxarakteristikaları ilə əlaqəsinin tədqiqi.

 

Əsas elmi nəticələr:

   - Beynəlxalq əməkdaşlıq çərçivəsində silsilə işlər yerinə yetirilmiş, yeni elmi istiqamət yaradılmış və kəsişən elm sahələri (astronomiya, ionosfer fizikası, elektrofizika, geofizika, tibb, biologiya, zoologiya və s.) üzrə birgə işlərin əsası qoyulmuşdır.

   - Günəş, geomaqnit və kosmik şüalar fəallığının yerüstü bioloji/ekoloji sistemlərə təsiri üzrə kompleks tədqiqatlar bir sıra kardioloji xəstəliklərin dinamikasına (qəfil ürək ölümləri, kəskin miokard infarktı tutmaları və ölümləri və s.), insanın ürək-qan-damar sisteminin (kardioloji parametrlər, ürək döyüntülərinin variasiyaları, qan təyziqi və s.) vəziyyətinə, fizioloji sağlam insanların baş beyninin funksional hallarına və bioelektrik aktivliyinə, psixo-emosional sferasına, yol-nəqliyyat hadisələrinin dinamikasına, qrip epidemiyalarının yayılma tezliyinə, həşəratların fizioloji durumuna və s. kosmik hava təsirlərinin araşdırılmasını əhatə etmişdir.

   - Tədqiqatlar ilk dəfə olaraq Yer üzərində orta en dairələrini kompleks şəkildə əhatə etmiş, müasir riyazi-statistik və emal metodları tətbiq edilmiş, statistik araşdırmalarla yanaşı, aktiv heliobioloji və heliotibbi eksperimentlər də aparılmışdır.

   - Kosmik hava variasiyalarının yerüstü orta en dairələrində yerləşən elektrik verilişi sistemlərinin stabil işinə təsiri öyrənilmişdir.

   - Tədqiqatlarda geomaqnit fırtınalarının və müxtəlif səviyyəli geomaqnit həyəcanlaşmalarının texnoloji və bioloji sistemlərə təsiri ayrıca olaraq araşdırılmışdır.

   - Aşkar edilmişdir ki, geomaqnit həyəcanlaşmalarının ən yüksək səviyyəsi ilə yanaşı, zəif və ən zəif səviyyələri də nəzərəçarpacaq dərəcədə təsirə malikdir.

   - Kosmik şüalar fəallığının insan homeostazında xüsusi rolu olduğu da göstərilmişdir.

 - Transionosferik mikrodalğaların ssintilyasiyasına heliogeofiziki şəraitin təsiri bütün en dairələri üçün araşdırılmış,

orta en dairələri üçün daha ətraflı tədqiq edilmişdir.

 - Günəş-Yer əlaqələrinin tədqiqi və kosmik hava variasiyalarının texnoloji və ekoloji sistemlərə təsirinin öyrənilməsi üzrə İsrail, ABŞ , Yunanıstan, Bolqarıstan, Belçika və digər ölkələrin alimləri ilə aparılmış elmi-tədqiqat işləri nəticəsində mühüm nəticələr alınmış, xaricdə nüfuzlu jurnallarda 10-larla məqalələr dərc olunmuş, bu işlərə onlarla istinadlar verilmiş, nəticələr 50-dən yuxarı beynəlxalq konfrans, simpozium, seminarlarda şifahi məruzə edilmişdir.

   - Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi üzrə milli tədqiqatlar NASA-nın Beynəlxalq Heliofizika İli (İnternational Heliophysical Year – İHY: http://ihy2007.org/) üzrə proqramına daxil edilmiş, ilk dəfə olaraq Günəş-Yer Əlaqələri üzrə “Sun and Geosphere” (http://sungeosphere.org/) beynəlxalq jurnalı (ilk baş redaktoru və hal-hazırda fəxri redaktoru Elçin Babayevdir) ŞAR-da nəşr olunmuşdur.

   - Beynəlxalq əməkdaşlıq çərçivəsində Stenford Universiteti (ABŞ) ilə əlaqələr yaradılmış və ionosfer tədqiqatları istiqamətində birgə işlərin aparılması üçün yeni elmi cihazın ŞAR-da quraşdırılmasına nail olunmuşdur. 2008-ci ildə Stenford Universitetinin əməkdaşları tərəfindən Yer ionosferində Çox Aşağı Tezlikli (VLF) elektromaqnit dalğalarının yayılmasının məsafədən tədqiqi üzrə cihaz ŞAR-da qurulmuş və beynəlxalq şəbəkəyə qoşulmuşdur. ŞAR-da hal-hazırda Kosmik Hava Mərkəzinin yaradılması üzərində iş gedir.

   - Günəş-Yer əlaqələri və kosmik hava təsirləri ilə elmin kütləviləşdirilməsi istiqamətində də müvafiq işlər görülür, elmi-kütləvi məqalələr dərc olunur, müsahibələr verilir, kosmik hava ilə bağlı gündəlik proqnozlar hazırlanır.