Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək Apr 05, 2021 | 09:41

06 aprel 2021-ci il tarixində saat  1100-da  AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının və elmi kollektivinin birgə onlayn iclası keçiriləcəkdir.

Qeyd: Karantin qaydalarına uyğun olaraq iclas "Zoom" platforması üzərindən onlayn şəkildə keçiriləcək.

 

Gündəlikdəki məsələ:

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi-texniki bazası əsasında AMEA Astronomiya İnstitutunun yaradılması haqqında.

 

ŞAR Elmi Şura üzvlərinin və ŞAR elmi işçilərinin iştirakı vacibdir. İclasa həmçinin BDU-un və AMEA Naxçıvan Bölməsinin astronomları da dəvətlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.