AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası müsabiqə elan edir Mart 01, 2021 | 10:33

 

VAKANSİYA

 

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir:

 

“Ulduz   atmosferləri   fizikası   və  maqnetizm”  şöbəsi üzrə

-        Elmi işçi vəzifəsinə 1 (bir) yer;  

“Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsi

-        Elmi işçi vəzifəsinə 1 (bir) yer;

-        Kiçik elmi işçi vəzifəsinə 2 (iki) yer;

 “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri “şöbəsi

-        Aparıcı elmi işçi vəzifəsinə 1 (bir) yer;

-        Kiçik elmi işçi vəzifəsinə 2 (iki) yer;

 “Kosmik plazma və Heliogeofiziki  problemlər”  şöbəsi

-        Böyük elmi işçi vəzifəsinə 1 (bir) yer;

 “Nəzəri Astrofizika  və  kosmologiya” Şöbəsi

-        Böyük elmi işçi vəzifəsinə 1 (bir) yer;

 “Planetlər və kiçik səma cisimləri” Şöbəsi

-        Aparıcı elmi işçi vəzifəsinə 1 (bir) yer;

 

Müsabiqədə elmi işçi vəzifələrinə astrofizika (astrofizika ilə əlaqəli) ixtisası üzrə ali təhsili olan və elmi tədqiqatlar aparan, aparıcı elmi işçi və böyük elmi işçi vəzifələrinə isə astronomiyanın müvafiq sahələri üzrə elmi dərəcəsi olan və son illərdə elmi nəticələri nüfuzlu elmi jurnallarda dərc olunan şəxslər sənəd verə bilər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:

 

AZ-5626, Azərbaycan Respublikası, Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi, ŞAR, Elmi katib Orxan Xəlilov

Tel.:  (020) 26 6 10 04;

        +994 50 640 04 71

  

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir:

 – Ərizə (ərizənin forması);

– İddiaçının şəxsiyyət vəsiqəsinin surəti;

– Kadrların şəxsi uçot vərəqi;

– Tərcümeyi-hal;

– Əmək kitabçasının iş yerində və ya notarial qaydada təsdiq olunmuş surəti (əmək fəaliyyətinə yeni baş­layanlar istisna olmaqla);

– Magistratura və ona bərabər tutulan ali təhsil haqqında sənədin notarial qaydada və ya kadrlar şöbəsi tərəfindən təsdiq olunmuş surəti;

– Elmi dərəcə (elm sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru), elmi ad (dosent, professor) və elmi rütbə (AMEA-nın həqiqi, müxbir üzvü) haqqında sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri;

– Yerinə yetirilmiş elmi-tədqiqat və təcrübi-axtarış işləri, həmçinin elmi və elmi-texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat;

–Elmi əsərlərin elmi müəssisə və təşkilatın elmi katibi tərəfindən təsdiq olunmuş siyahısı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.