Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək Noy 30, 2020 | 13:26

 

02 dekabr 2020-ci il tarixində saat 11:00-da AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

Qeyd: Karantin rejimi ilə əlaqədar, şura üzvləri iclasa internet üzərindən (zoom proqramı vasitəsilə) qoşulacaq.

 

                                                           Gündəlikdəki məsələlər:

 

           1. ŞAR-ın 2020-ci il üçün qəbul olunmuş elmi-tədqiqat mövzuları üzrə illik hesabatlar;

-         Mövzu 1: Geniş örtüklü ulduzların təkamül xüsusiyyətləri və ulduz küləyində qeyri stasionar proseslərin araşdırılması (f.-r.e.n., dos., Canməmməd Rüstəmov);

-         Mövzu 2: Cavan ulduzların kompleks tədqiqi (f.-r.e.d., prof., Nəriman İsmayılov);

-         Mövzu 3: Qoşa ulduzlar və ulduzətrafı mühitlə qarşılıqlı təsirin fiziki xüsusiyyətləri  (f.-r.e.n., dos., Bayram Rüstəmov);

-         Mövzu 5: Ulduzlarda maqnit sahəsi və kimyəvi anomallıqla bağlı effektlərin öyrənilməsi (f.-r.e.n., dos., Sabir Əliyev);

-         Mövzu 6. Fəal nüvəli qalaktikaların kompleks tədqiqi (f.-r.e.n., dos., Nazim Hüseynov);

-         Mövzu 7. İnnovativ texnologiyaların astronomik müşahidələrə tətbiqi (f.f.d, dos., Xıdır Mikayılov);

-         Mövzu 11: Santimetrlik –destimetrlik dalğa uzunluqlarında Günəş radioşüalanmasının xarakteristikalarının statistik və dinamik tədqiqi (f.-r.e.n., Şirin Hüseynov);

-         Mövzu 14: Müxtəlif ekstremal şəraitlərdə astrofiziki proseslərin tədqiqi (f.-r.e.n., Bala Əli Rəcəbov);.

      2. Cari məsələlər.

       Elmi Şura üzvlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.