İyun ayının 12-də saat 9:30-da AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 1 iyun 2020-ci il tarixli 144 saylı sərəncamına uyğun olaraq, AMEA Fizika İnstitutunda yaradılmış disertasiya şurasında "Astrofizika" (249389) ixtisaslaşması üzrə 2018/2019-cu tədris ilində qəbul olunmuş magistrlərin "NGC 7469 fəal nüvəli qalaktikasının xarakterik xüsusiyətləri" və "HD 206267 Ulduzunun spektral tədqiqi" mövzuları üzrə magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək.
Müdafiənin keçiriləcəyi ünvan: AMEA Fizika İnstitutu
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.