Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək Okt 29, 2019 | 11:04

07 noyabr 2019-cu il tarixində saat 11:00-da AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: ŞAR-ın Bakı şəhər bölməsi.

 

Gündəlikdəki məsələlər: 

 

1. ŞAR-ın 2019-cu il üçün qəbul olunmuş elmi-tədqiqat mövzuları üzrə illik hesabatlar;

- Mövzu 1: Geniş örtüklü ulduzların təkamül xüsusiyyətləri və ulduz küləyində qeyri stasionar proseslərin araşdırılması (iki iş);

- Mövzu 2: Cavan ulduzların kompleks tədqiqi (iki iş);

- Mövzu 3: Qoşa ulduzlar və ulduzətrafı mühitlə qarşılıqlı təsirin fiziki xüsusiyyətləri (iki iş);

- Mövzu 5: Ulduzlarda maqnit sahəsi və kimyəvi anomallıqla bağlı effektlərin öyrənilməsi (bir iş);

- Mövzu 6. Fəal nüvəli qalaktikaların kompleks tədqiqi (iki iş);

- Mövzu 7. İnnovativ texnologiyaların astronomik müşahidələrə tətbiqi (bir iş);

- Mövzu 11: Santimetrlik –destimetrlik dalğa uzunluqlarında Günəş radioşüalanmasının xarakteristikalarının statistik və dinamik tədqiqi (bir iş).

- Mövzu 14: Müxtəlif ekstremal şəraitlərdə astrofiziki proseslərin tədqiqi (iki iş).

2. Cari məsələlər.

Elmi Şura üzvlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.