Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək Sen 30, 2019 | 16:19

03 oktyabr 2019-cu il tarixində saat 11:00-da AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçiriləcək.

İclasın keçiriləcəyi ünvan: Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi.

 

               Gündəlikdəki məsələlər:

1. Bakı Dövlət Universitetinin “Astrofizika” kafedrasının ŞAR-da yaradılmış filialının rəhbəri vəzifəsinə namizədin təqdim edilməsi (irəli sürülməsi) barədə;

2. ŞAR-ın elmi işçisi, İsmayıllı Rəcəb Fizuli oğlunun Belçika Krallığının Leuven Katolik Universitetinə (bir illik) ezam olunması barədə;

3. 2019/2020 –ci tədris ilində ŞAR magistrləri üçün tədris olunacaq fənlərin  təqvim planlarının təsdiqi barədə;

4. ŞAR-ın I kurs magistrlərinin diplom mövzularının və elmi rəhbərlərinin təyini barədə;

5. ŞAR-ın II kurs magistrlərinin hesabatı (Cənnət Səmədov, Nərgiz Tağıyeva);

6. Cari məsələlər. 

Elmi Şura üzvlərinin və aidiyyati şəxslərin iştirakı vacibdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.